Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahqaf — Ayah 12

وَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامٗا وَرَحۡمَةٗۚ وَهَٰذَا كِتَٰبٞ مُّصَدِّقٞ لِّسَانًا عَرَبِيّٗا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُواْ وَبُشۡرَىٰ لِلۡمُحۡسِنِينَ ١٢
Bu Qurandan əvvəl Allahın Musaya (aleyhissəlam) nazil etdiyi, haqq yolu göstərən bir rəhbər və İsrail oğullarından iman gətirib tabe olanlar üçün bir mərhəmət sayılan Tövrat var idi. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran isə, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələri qor­xut­maq, habelə, həm Xaliqlə, həm də məxluqla öz arasında olan əlaqələrini düzəldən yaxşı əməl sahiblərinə müjdə ver­mək üçün, ərəb di­lin­də nazil edilmiş və əvvəlkiləri təs­diq edən bir kitabdır.