Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahqaf — Ayah 26

وَلَقَدۡ مَكَّنَّٰهُمۡ فِيمَآ إِن مَّكَّنَّٰكُمۡ فِيهِ وَجَعَلۡنَا لَهُمۡ سَمۡعٗا وَأَبۡصَٰرٗا وَأَفۡـِٔدَةٗ فَمَآ أَغۡنَىٰ عَنۡهُمۡ سَمۡعُهُمۡ وَلَآ أَبۡصَٰرُهُمۡ وَلَآ أَفۡـِٔدَتُهُم مِّن شَيۡءٍ إِذۡ كَانُواْ يَجۡحَدُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٢٦
Biz sizə vermədiyimiz im­kanları - möhkəm evlər tikmək imkanlarını Hud qövmünə vermişdik. Onlara eşidən qulaqlar, görən gözlər və duyan qəlblər də ver­mişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlb­ləri onlara bir fayda verdi. Allahın əzabı gəldizi zaman bütün bunlar o əzabı onlardan dəf edə bilmədi. Çünki onlar Allahın ayə­lə­ri­ni inkar edirdilər. Onlara peyğəmbərləri Hudun (aleyhissəlam) xəbər verdiyi, istehza etdikləri əzab nazil oldu.