Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahqaf — Ayah 33

أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَلَمۡ يَعۡيَ بِخَلۡقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰۚ بَلَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٣٣
Məgər dirilməni yalan sayan o müşriklər, göyləri və yeri yara­dan, onların böyüklüyünə və genişliyinə rəğmən onları yarat­maqda aciz qalmayan Allah, ölüləri də, haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün diriltməyə qadir olduğunu görmürlərmi?! Əlbəttə ki, O, onları diriltməyə qadirdir. Pak və müqəddəs Allah hər şeyə qadirdir. Odur ki, O, ölüləri dirltməkdə aciz qalmaz.