Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahqaf — Ayah 35

فَٱصۡبِرۡ كَمَا صَبَرَ أُوْلُواْ ٱلۡعَزۡمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسۡتَعۡجِل لَّهُمۡۚ كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَ مَا يُوعَدُونَ لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّن نَّهَارِۭۚ بَلَٰغٞۚ فَهَلۡ يُهۡلَكُ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡفَٰسِقُونَ ٣٥
Ey Peyğəmbər! Elçilərdən möhkəm iradə sahib­lə­rinin - Nuh, İbrahim, Musa və İsanın (aleyhimussəlam) səbir etdiyi kimi, sən də, qövmünün səni yalançı saymasına səbir et! Sən onlara əzabın tez gəlməsini istəmə. Sənin qövmün arasındakı haqqı yalan sayanlar özlərinə vəd edilmiş əzabı axirətdə görəcəkləri gün, əzablarının uzun müddət davam etdiyindən dolayı, dünyada gündüzün bircə saatı qədər qal­dıqlarını güman edəcəklər. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran insanlar və cinlər üçün bir təb­liğdir və bu onları xəbərdar etmək üçün kifayət edər. Şübhəsiz ki, küfr və asilik etməklə Allahın itaətindən çıxmış kimsələrdən başqası əzabla həlak edilməz.