Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Muhammad — Ayah 36

إِنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ يُؤۡتِكُمۡ أُجُورَكُمۡ وَلَا يَسۡـَٔلۡكُمۡ أَمۡوَٰلَكُمۡ ٣٦
Dünya həya­tı sadəcə oyun və əyləncədən ibarətdir. Ağıllı insan axirət əməlini qoyub dünya ilə məşğul olmaz. Əgər Allaha və Onun rəsuluna iman gə­tirsəniz və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxsanız, O sizə əməllərinizin mü­ka­fat­ı­nı kamil şəkildə, heç bir şey əksiltmədən verər və siz­dən mal-dövlətinizin hamısını (Onun yolunda xərcləməyi) tələb etməz, sizdən sadəcə fərz buyurulmuş zəkatı verməyi tələb edər.