Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 12

بَلۡ ظَنَنتُمۡ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلۡمُؤۡمِنُونَ إِلَىٰٓ أَهۡلِيهِمۡ أَبَدٗا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمۡ وَظَنَنتُمۡ ظَنَّ ٱلسَّوۡءِ وَكُنتُمۡ قَوۡمَۢا بُورٗا ١٢
Sizin mal-dövlətinizlə və övladlarınızla məşğul olduğunuzu üzür gətirməyiniz Peyğəmbər -səllallahu aleyhi və səlləm- ilə birlikdə döyüşə getməməyiniz üçün səbəb deyil. Əksinə, siz elə zənn edirdiniz ki, Allahın rəsulu və onun səhabələrinin hamısı həlak olacaq və Mədinəyə öz ailələrinin yanına qayıtmayacaqlar. Şeytan bunu sizin qəlbi­niz­də bəzətdi və beləliklə siz, Rəbbiniz barədə O, Öz Peyğəmbərinə yardım etməyəcəyinə dair piss zənnə qapıldığınıza və Rəsulullahı tərk etdiyinizə görə məhvə məhkum olan bir qövm ol­dunuz.