Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 15

سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا ١٥
Ey möminlər! Siz Hüdeybiyyə sülhündən sonra Allahın sizə vəd verdiyi Xeybər qənimətlərini götür­mə­yə getdi­yiniz zaman geri qalanlar: “Qo­yun biz də sizinlə birlikdə gedək ki, o qənimətlərdən əldə edək!” – de­yə­cəklər. Döyüşdən geri qalanlar özlərinin bu tələbi ilə Allahın Hudeybiyyə sülhündən sonra yalnız möminlərə Xeybər qənimətlərini əldə edəcəklərinə dair verdiyi vədi dəyişdirmək istəyirlər. Ey Peyğəmbər! De: “Siz əsla bizim arxamızca o qənimətləri götürməyə gəlməyəcəksiniz. Allah bizə, Xeybər qənimətlərinin Hudeybiyyə sülhündə iştirak edənlərə məxsus olduğuna dair vəd etmişdir.” On­lar deyəcəklər: “Sizin bizə, sizinlə birlikdə Xeybərə getməyimizə mane olmağınız heç də Allahın əmri ilə deyil, əksinə, bunun səbəbi sizin bizə həsəd apa­rmağınızdır”. Bu iş heç də döyüşdən yayınan o kimsələrin iddia etdiyi kimi deyil, ək­si­nə, onlar Allahın əmrlərindən və qadağalarından sadəcə az bir şey anlayırlar. Elə buna görə də günaha batmışlar.