Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 20

وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةٗ تَأۡخُذُونَهَا فَعَجَّلَ لَكُمۡ هَٰذِهِۦ وَكَفَّ أَيۡدِيَ ٱلنَّاسِ عَنكُمۡ وَلِتَكُونَ ءَايَةٗ لِّلۡمُؤۡمِنِينَ وَيَهۡدِيَكُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا ٢٠
Ey möminlər! Allah sizə gələcəkdə olacaq İslam fəthlərində götürəcəyiniz çoxlu qənimətlər vəd etdi. Xeybərin qənimətlərini isə si­zə tez­liklə verdi və siz getdikdən sonra sizin ailələrinizə pislik etmək fikrində olan yəhudilərin əllərini sizdən çəkdi ki, nail olduğunuz bu qənimətlər szin üçün Allahın sizə kömək etməsinə və sizə dəstək verməsinə işarə olsun və Allah sizi əyriliyi olmayan doğru yola yönəltsin.