Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 25

هُمُ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَٱلۡهَدۡيَ مَعۡكُوفًا أَن يَبۡلُغَ مَحِلَّهُۥۚ وَلَوۡلَا رِجَالٞ مُّؤۡمِنُونَ وَنِسَآءٞ مُّؤۡمِنَٰتٞ لَّمۡ تَعۡلَمُوهُمۡ أَن تَطَـُٔوهُمۡ فَتُصِيبَكُم مِّنۡهُم مَّعَرَّةُۢ بِغَيۡرِ عِلۡمٖۖ لِّيُدۡخِلَ ٱللَّهُ فِي رَحۡمَتِهِۦ مَن يَشَآءُۚ لَوۡ تَزَيَّلُواْ لَعَذَّبۡنَا ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا ٢٥
Allaha və Onun rəsuluna küfr edənlər sizi Məs­ci­dul-Hə­rama buraxmayan və qur­banlıq hey­van­larını qurban­ga­ha gedib çatmağa qoy­mayan kimsələrdir. Əgər Məkkədə ta­nımadığı­nız mömin kişiləri və mömin qa­dın­ları bil­mədən kafirlərlə birlikdə öldürmək və bilmədən on­la­rı öldürdüyünüzə görə günaha bat­maq və fidyə vermək təh­lü­kə­si olmasaydı, Allah sizin Məkkəni fəth etməyinizə izin verərdi ki, Allah istə­diyini - məsələn, Məkkədəki möminləri Öz mərhəmətinə qovuşdursun. Əgər Məkkədəki kafirlər möminlərdən seçil­səydi­lər, Biz Allaha və Onun rəsuluna küfr edən kimsələrə ağrılı-acılı bir əzab ve­rərdik.