Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرۡفَعُوٓاْ أَصۡوَٰتَكُمۡ فَوۡقَ صَوۡتِ ٱلنَّبِيِّ وَلَا تَجۡهَرُواْ لَهُۥ بِٱلۡقَوۡلِ كَجَهۡرِ بَعۡضِكُمۡ لِبَعۡضٍ أَن تَحۡبَطَ أَعۡمَٰلُكُمۡ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ ٢
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın rəsulu ilə ədəb-ərkanla rəftar edin. Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə danışanda, səsinizi onun səsindən artıq qaldırmayın və bir-biri­ni­zə müraciət etdiyiniz kimi ona da adı ilə müraciət etməyin, əksinə, ona "ya peyğəmbər", yaxud "ya rəsul" deyə yumşaq tərzdə müraciət edin. Yox­sa buna görə, özünüz də hiss etmə­dən əməl­lə­ri­nizin savabı puç olar.