Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Ma'idah — Ayah 12

۞ وَلَقَدۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَبَعَثۡنَا مِنۡهُمُ ٱثۡنَيۡ عَشَرَ نَقِيبٗاۖ وَقَالَ ٱللَّهُ إِنِّي مَعَكُمۡۖ لَئِنۡ أَقَمۡتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيۡتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِي وَعَزَّرۡتُمُوهُمۡ وَأَقۡرَضۡتُمُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا لَّأُكَفِّرَنَّ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَلَأُدۡخِلَنَّكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ فَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ١٢
Allah İsrail oğullarındanş qabaqda bu haqda daha ətraflı danışılacaq möhkəm əhd a­la­mışdı. Biz onlara on iki başçı təyin etdik. Bu başçıların hər biri, öz öhdəliyində olanlardan cavabdeh idi. Allah İsrail oğullarına demişdi: "Mən Öz köməyim və yardımımla sizinləyəm. Əgər namazı kamil şəkildə qılsa­nız, mallarınızın zəkatın versə­niz, bütün peyğəmbərlərimə onlar arasında heç bir fərq qoymadan iman gətirib on­la­ra ehtiram edib, dəstəklə­sə­niz və mallarınızı xeyirli işlərdə sərf etsəniz, əgər siz bütün bunları etsəniz, etdiyiniz günahları bağışlayar və qiyamət günü sizi qəsirləri al­tından çay­lar axan cən­nətlərə daxil edərəm. Bu möhkəm əhdi aldıqdan sonra kim küfr edərsə, artıq doğru yoldan bilərəkdən və qəsdən üz çevirmiş olar".