Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Ma'idah — Ayah 75

مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡ كَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ ٧٥
Məryəm oğlu İsa Məsih - aleyhissalam - göndərilən elçilərdən yalnız bir el­çidir, o da özündən əvvəlki, elçilər kimi ölümə məhkumdur. Onun anası Məryəm - aleyhəssalam - isə Allaha sidq ürək­dən çox inanan bir qa­dın idi. Onların hər ikisi də ehtiyacı üzündən yemək ye­yirdi. Yeməyə ehtiyaci olan bu iki kimsə necə ilah ola bilər axı?! Ey Peyğəmbər! Bax gör, Biz Allahın təkliyinə dəlalət edən ayə­ləri və onların Allahdan qeyrisinə ilahlığ nisbət etmələrinin batil olmasını on­lara necə bəyan edi­rik, lakin onlar bununla yanaşı yenə də bu ayələri inkar edirlər. Sonra bir daha bax gör Allahın təkliyinə dəlalət edən açıq-aydın ayə­lərin olması ilə yanaşı necə də onlar haqqda döndərilirlər.