Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Najm — Ayah 23

إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ٢٣
Bu bütlərin adları, (ilahi adların) mənasına uyğun gələn adlardır və bunların ilahi xislətlərə heç bir aidiyyatı yoxdur. Bu adları siz və sizin ataları­nı­z özünüzdən qoymusunuz. Allah onlar haq­qında heç bir dəlil nazil et­mə­mişdir. Müşriklər öz etiqadlarında yal­nız zənnə qapılır və şeytanın onların könlünə gözəl göstərdiyi, nəfs­lərinin istəklərinə uyur­lar. Halbuki Rəb­bindən onlara Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dili ilə doğru yolu göstərən rəh­bər gəl­miş, lakin onlar ona tabe olmamışlar.