Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Najm — Ayah 26

۞ وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ ٢٦
Göylərdə neçə-neçə mə­lək var­ ki, onlar bir kimsəyə şəfaətçilik etmək istəsələr, onların şəfaəti yalnız Alla­hın istədiyi və Onun, haqqında şəfaətçilik edilməsinə razı qaldığı kimsələrə fayda verər. Allah isə Ona şərik qoşan kimsə üçün şəfaətçilik edilməsinə əsla izn verməz və Ondan başqasına ibadət edən kimsə üçün şəfaətçilik edilməsinə əsla razı olmaz.