Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 9

۞ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٞ وَٱزۡدُجِرَ ٩
Ey Peyğəmbər! Sənin dəvətini yalan sayanlardan əvvəl Nuh qövmü qu­lumu­z Nuhu (aleyhissəlam) yalançı sa­ymışdılar. Biz onu onlara elçi göndərdiyimiz zaman onlar: “O, dəlidir!” – demiş, sonra onu cürbəcür söyüşlərlə söymüş və dəvətinə son qoymayacağı təqdirdə (onu cəzalandıracaqları ilə) ona hədə-qor­xu gəlmişdi­lər.