Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 10

وَمَا لَكُمۡ أَلَّا تُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ لَا يَسۡتَوِي مِنكُم مَّنۡ أَنفَقَ مِن قَبۡلِ ٱلۡفَتۡحِ وَقَٰتَلَۚ أُوْلَٰٓئِكَ أَعۡظَمُ دَرَجَةٗ مِّنَ ٱلَّذِينَ أَنفَقُواْ مِنۢ بَعۡدُ وَقَٰتَلُواْۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ١٠
Sizə malınız­dan Allah yolunda xərcləməyə mane olan nədir?! Halbuki göy­lərin və ye­rin mirası Allaha məxsusdur. Ey möminlər! Sizlərdən mallarını Məkkənin fət­hindən əvvəl Allahın rizasını qazanmaq üçün Onun yolunda xərcləyib, İslam dininin zəfər çalması üçün kafirlərlə döyüşənlər, mallarını Məkkənin fət­hindən sonra xərcləyənlər və kafirlərlə döyüşənlər eyni deyillər. Mallarını Məkkənin fəthindən əvvəl xərcləyənlərin və Allah yolunda kafirlərlə vuruşanların dərəcəsi, mallarını Məkkənin fəthindən sonra Allah yolunda xərc­lə­yənlərdən və kafirlərlə döyüşənlərdən da­ha üs­tün­dür. Lakin Allah hər iki firqəyə Cənnəti vəd et­­miş­dir. Allah sizin nə etdiklə­riniz­dən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, bu əməllərin əvəzini sizə verəcəkdir.