Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 27

ثُمَّ قَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيۡنَا بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَۖ وَجَعَلۡنَا فِي قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأۡفَةٗ وَرَحۡمَةٗۚ وَرَهۡبَانِيَّةً ٱبۡتَدَعُوهَا مَا كَتَبۡنَٰهَا عَلَيۡهِمۡ إِلَّا ٱبۡتِغَآءَ رِضۡوَٰنِ ٱللَّهِ فَمَا رَعَوۡهَا حَقَّ رِعَايَتِهَاۖ فَـَٔاتَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ مِنۡهُمۡ أَجۡرَهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ ٢٧
Sonra onların ardınca dalbadal el­çilərimizi öz ümmətlərinə yolladıq. Ardınca da Mər­yəm oğlu İsanı gön­dərib ona İncil bəxş etdik. Ona iman gətirənlərin və onun ardınca ge­dənlə­rin qəlblərinə şəf­qət və mərhəmət saldıq. Onlar bir-birilərini sevən və bir-birilərinə mərhəmət göstərən kimsələr idilər. Sonra nəsranilər dinlərində ifrata varmaqla, habelə, özlərini Allahın onlara halal buyurduğu nikahdan və digər ləzzətlərdən məhrum etməklə yenilik gətirdilər. Biz bunu onlardan tələb etməmişdik, sadəcə olaraq onlar özləri dinə yenilik gətirərək bu­nu özlərinə vacib etmişdilər. Biz onlardan Allahın razılığını qazanmağı tələb etdik, lakin onlar buna əməl etmədilər. Biz onlar­dan iman gətirənlərin müka­fat­la­rını ver­dik. Lakin onla­rın çoxu Muhəmmədin (səllallahu aleyhi və səlləm) onlara gətirdiyi risaləti yalan saymaqla Allahın itaətindən çıxmış kimsələrdir.