Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 19

ٱسۡتَحۡوَذَ عَلَيۡهِمُ ٱلشَّيۡطَٰنُ فَأَنسَىٰهُمۡ ذِكۡرَ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱلشَّيۡطَٰنِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱلشَّيۡطَٰنِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٩
Şeytan onları öz hökmü altına almış və öz vəsvəsəsi sayəsində Allahı zikr etməyi onlara unutdurmuş, onlar da, Allahı razı salmayan, əksinə, Onu qəzəbə gətirəcək əməllər etmişlər. Bu xislətləri özlərində əks etdirən o kəslər şeytanın əsgərləri və onun ardıcıllarıdır. Sözsüz ki, şeytanın əsgərləri və onun ardıcılları dünyada və axirətdə ziyana uğrayanlardır. Onlar doğru yolu verib azğınlığı və Cənnəti verib Cəhənnəmi satın almış kimsələrdir.