Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 22

لَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ ٢٢
Ey Peyğəmbər! Sən Allaha və qiyamət gününə iman gətirən elə bir qövm tapa bilməzsən ki, onlar Allaha və Onun rəsuluna ədavət bəsləyənləri sevsinlər və onlarla dostluq etsinlər. Hətta, Allaha və Onun rəsuluna düşmən olan o kimsələr onların ataları, yaxud oğulları, yaxud qardaşları və ya özlərinin mənsub olduğu qohum-əqrəbaları olsalar belə. Çünki iman insanı Allahın və Onun rəsulunun düşmənləri ilə dostluq etməyə mane olur. Həm də, imana görə qurulan bağlılıq, digər balılıqların hamısından üstündür. Belə ki, seçim qarşısında qaldıqda, iman bağlılığını seçmək gərəkdir. O mömilər ki, Allaha və Onun rəsuluna düşmən olanları, - əqrəbaları olsalar belə, - özlərinə dost tutmurlar, Allah imanı onların qəlbinə möhkəm yerləşdirmişdir və o, heç vaxt dəyişməyəcəkdir, üstəlik, onları Öz tərəfindən bir dəlil və bir nur sayəsində qüvvətləndirmişdir. Qiyamət günü Allah onları qəsrləri və ağacları altından çaylar axan Ədn Cənnətlərinə daxil edəcəkdir. Onlar orada əbədi qalacaq və beləcə, nə Cənnətdə onlara veriləcək nemətlər tükənəcək, nə də onlar oranı tərk edəcəklər. Allah onlardan razı qalacaq və bundan sonra heç vaxt onlara qəzəbi tutmayacaq, onlar da, Allahın onlara əta etdiyi tükənməz nemətlərdən, xüsusəndə, Uca Allahı görməkdən razı qalacaqlar. Bu zikr edilən xislətləri özündə əks etdirən kimsələr, Allahın əmrlərini yerinə yetirən və qadağan etdiyi əməllərdən çəkinən ordusudur. Bilin ki, Allahın ordusu - məhz onlar dünyada və axirətdə istədiklərinə nail olacaq və çəkindiklərindən qorunacaq kimsələrdir.