Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 5

مَا قَطَعۡتُم مِّن لِّينَةٍ أَوۡ تَرَكۡتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذۡنِ ٱللَّهِ وَلِيُخۡزِيَ ٱلۡفَٰسِقِينَ ٥
Ey möminlər! Sizin bənu-Nədir qəbiləsi ilə döyüşdə Allahın düşmənlərini qəzəbləndirmək üçün xurma ağaclarını kəsməyiniz, yaxud o ağaclardan faydalanmaq üçün onları kökü üstündə salamat qoymağınız, onların iddia etdikləri kimi yer üzündə fəsad törətmək deyil, əksinə, Allahın əmri ilə yerinə yetirilmiş bir işdir, həmçinin Allahın, Onun itaətindən çıxan, verdikləri əhdi pozan və xəyanət etməyi vəfalı olmaqdan üstün tutan yəhudiləri rəzil etməsi üçündür.