Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-An'am — Ayah 119

وَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرٗا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ ١١٩
Ey Möminlər! Allah, – zərurət, qadağan olunan şeyləri halallaşdırır, qaydasına əsasən, məcburiyyət qar­şısında zərurətdən yeyəcəyiniz şeylər istisna ol­maqla – tərk etməniz vacib olan ha­ram buyu­rulanları sizə bil­­dirdiyi halda, üstündə Allahın adı çəki­lənlərdən yeməyə sizə mane olan nədir? Şüb­həsiz ki, müşriklərin əksəriyyəti cahilliklərinə görə yalnış düşüncələri səbəbindən, Allahın haram etdiyi ölmüş heyvanı və s. haramları halal edirlər və Allahın halal etdiyi bə­hi­rəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), və­siləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamı (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) və s. heyvanları haram edərək özlərinə tabe olanları doğ­ru yol­dan uzaqlaşdırırlar. Ey Peyğəmbər! Həqiqə­tən, sə­nin Rəb­bin, Allahın hədlərini aşan­ları yaxşı tanıyır və onlar hədlərini aşdıqlarına görə Allah onların cəzalarını verəcəkdir.