Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 11

وَإِن فَاتَكُمۡ شَيۡءٞ مِّنۡ أَزۡوَٰجِكُمۡ إِلَى ٱلۡكُفَّارِ فَعَاقَبۡتُمۡ فَـَٔاتُواْ ٱلَّذِينَ ذَهَبَتۡ أَزۡوَٰجُهُم مِّثۡلَ مَآ أَنفَقُواْۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ ١١
Əgər zövcələrinizdən bəzisi mürtəd olub kafirlərin yanına getsə, siz də kafirlərdən o qadınlara verdiyiniz mehri istədikdə onlar onu sizə verməsələr, kafirlərlə vuruşub qalib gəldiyiniz zaman, ələ keçirdiyiniz qənimətlərdən zövcələri mürtəd olduqları halda çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər pay verin. İman gətirdiyiniz Allahdan Onun əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə qorxun!