Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 3

لَن تَنفَعَكُمۡ أَرۡحَامُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡۚ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَفۡصِلُ بَيۡنَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ٣
Əgər qohumlarınıza və övladlarınıza görə kafirlərlə dostluq etsəniz, nə qohumlarınız, nə də övladlarınız sizə fayda verər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaq, sizlərdən Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə girəcək. Beləliklə də, heç biriniz digərinizə fayda verə bilməyəcəkdir. Allah nə etdiklərinizi görür. Əməllərinizdən heç bir şey Allahdan gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.