Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Jumu'ah — Ayah 1

يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ ٱلۡمَلِكِ ٱلۡقُدُّوسِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ١
Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın bütün naqis sifətlərdən uzaq olduğunu və Onun pak və müqəddəs olduğuna şahidlik edirlər. O, mülkün sahibi olan yeganə hökmdar, hər bir nöqsandan uzaq olan müqəddəs, heç kəsin məğlub edə bilmədiyi qüdrətli, yaratmaq, şəri qanunları qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibi olan Allahdır.