Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Munafiqun — Ayah 11

وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفۡسًا إِذَا جَآءَ أَجَلُهَاۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ١١
Uca Allah, əcəli yetişmiş və ömrü başa çatmış kimsəyə əsla möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizə əməllərinizin əvəzini - yaxşıların mükafatını, pislərin də cəzasını verəcəkdir.