Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Munafiqun — Ayah 9

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُلۡهِكُمۡ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡ عَن ذِكۡرِ ٱللَّهِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٩
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mallarınız və övladlarınız sizi namaz qılmaqdan və ya İslam dininin başqa vacib əməllərinin icrasından yayındırmasın! Hər kimin malı və övladı onu Allahın vacib buyurduğu namazdan və başqa ibadətlərdən yayındırarsa, məhz belələri həqiqi mənada ziyana uğrayanlardır. O kəslər qiyamət günü həm özlərini, həm də əhli-əyallarını ziyana uğratanlardır.