Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 11

مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ يَهۡدِ قَلۡبَهُۥۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١١
Bir kimsənin özünə yaxud malına yaxud da övladına üz vermiş müsibət yalnız Allahın qəza və qədərilədir. Hər kim Allaha və Onun qəza və qədərinə iman gətirsə, Allah onu Öz əmrinə boyun əyməyə və əzəldən yazdığı qədərə razı qalmağa müvəffəq edər. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.