Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 10

ضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ كَفَرُواْ ٱمۡرَأَتَ نُوحٖ وَٱمۡرَأَتَ لُوطٖۖ كَانَتَا تَحۡتَ عَبۡدَيۡنِ مِنۡ عِبَادِنَا صَٰلِحَيۡنِ فَخَانَتَاهُمَا فَلَمۡ يُغۡنِيَا عَنۡهُمَا مِنَ ٱللَّهِ شَيۡـٔٗا وَقِيلَ ٱدۡخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّٰخِلِينَ ١٠
Allah, Allaha və Onun rəsuluna küfr etmiş kimsələrə Allahın iki peyğəmbərinin - Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir ki, kafirlərin möminlərlə əlaqəsi olmasının onlara heç bir fayda verməyəcəyini bildirsin. Onlar əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər, Allahın yolundan azmaqla, həmçinin, qövmünün kafirlərinə kömək etməklə ərlərinə xəyanət etdilər və bu qadınların əməlisaleh peyğəmbərlərin zövcələri olmaları onlara fayda vermədi. Nəhayət, o qadınlara belə deyildi: “Cəhənnəm oduna girən kafirlər və fasiqlərlə birgə ikiniz də ora girin!”