Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 5

عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرٗا مِّنكُنَّ مُسۡلِمَٰتٖ مُّؤۡمِنَٰتٖ قَٰنِتَٰتٖ تَٰٓئِبَٰتٍ عَٰبِدَٰتٖ سَٰٓئِحَٰتٖ ثَيِّبَٰتٖ وَأَبۡكَارٗا ٥
Əgər Peyğəmbər sizi boşasa, onun pak və müqəddəs Rəbbi sizin əvəzinizə ona sizdən daha xeyirli zövcələr – Allahın əmrinə boyun əyən, Allaha və Onun rəsuluna iman gətirən, Allaha itaət edən, öz günahlarından tövbə edən, Rəbbinə ibadət edən, oruc tutan dul qadınlar və heç kəslə yaxınlıq etməmiş bakirə qızlar verə bilər. Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları boşamamışdır.