Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mulk — Ayah 9

قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٞ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ كَبِيرٖ ٩
Kafirlər deyəcəklər: "Əlbəttə, bizə Allahın əzabı ilə bizi qorxudan bir peyğəmbər gəlmişdi. Lakin biz onu yalançı saymış və ona: “Allah heç bir vəhy nazil etməyib. Ey elçilər! Siz də, haqdan uzaq olan böyük bir azğınlıq içindəsiniz" – demişdik.