Ey Müşriklər! Allahdan başqa ibadət etiyiniz bütlərinizi doğru yola çağırsanız, onlar sizin çağırışınızı eşitməzlər. Sən onları gözlərini dikib sənə baxan görürsən, halbuki o gözlərlə görməzlər. Müşriklər insanlar və heyvanlar şəkilində, əlləri, ayağları və gözləri olan bütlər düzəldirdilər, lakin onlar cansızdırlar, diri deyillər və heç bir hərəkət etməyə də belə qadir deyillər.