Ey Peyğəmbər! Əgər sən onlara bir möcüzə gətirsən səni yalançı hesab edib, ondan üz çevirərlər, onlara möcüzə gətirmədikdə isə: "Nə olardı ki, özündən bir möcüzə ixtira edib, uyduraydın?"– deyərlər. Ey Peyğəmbər! Onlara de: "Mən özümdən bir möcüzə gətirə bilmərəm. Mən yalnız Allahın mənə vəhy etdiyinə tabeyəm. Sizə oxuduğum bu Quran sizin Xaliqiniz və işlərinizi idarə edən Allahdan gələn açıq-aşkar dəlillər, mömin qullarına doğru yolu göstərən rəhbərdir. Amma möminlərdən qeyriləri isə zəlalət və bədbəxtçilik içərisindədirlər".