Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Nuh — Ayah 4

يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ ٤
Əgər siz belə etsəniz -qulların haqları istisna olmaqla- Allah sizin günahlarınızdan keçər və sizə bu həyatda, Allahın elminə görə əzəldən lövhi-məhfuzda təyin edilmiş vaxtadək möhlət verər və siz qədəriniz qədər orada ömür sürərsiniz. Həqiqətən, ölüm gəldiyi zaman əsla təxirə salınmaz. Əgər bilsəydiniz, Allaha iman gətirməyə, həmçinin, şirk və azğınlıq etdiyinizə görə Ona tövbə etməyə tələsərdiniz".