Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Nuh — Ayah 7

وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا ٧
Mən hər dəfə onları günahlarının bağışlanmasına səbəb olan işlərə - yalnız Sənə ibadət etməyə, habelə, Sənə və Sənin rəsuluna itaət etməyə dəvət etdikdə, mənim dəvətimi eşitməsinlər deyə, barmaqlarını qulaqlarına tıxayır və məni görməsinlər deyə, libaslarının ətəyini üzünə tutur, üstəlik, şirk etmələrinə davam edir və dəvət etdiyim haqqı qəbul etməyib, ona qulaq asmayıb təkəbbürlük göstərirlər.