Münafiqlər, Allah Öz Elçisinə bir surə nazil edib, onların qəlblərində gizlətdikləri küfürü möminlərə xəbər verməsindən qorxurlar. Ey Peyğəmbər! De: "Ey Münafiqlər! Siz istehzanızda və dinə tənə etməyinizdə davam edin! Şübhəsiz ki, Allah surə nazil etməklə yaxud da ki, qəlblərinizdə olanı Peyğəmbərə xəbər verməklə qorxduğunuzu üzə çıxaracaqdır".