Ey insanlar! Sizə əmr etdiklərimi yerinə yetirərək və qadağan etdiklərimdən çəkinərək Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət günü yerin lərzəyə gəlməsi və o gün başqa qorxulu və dəhşətli hadisələrin baş verməsi olduğca əzəmətli bir şey olacaqdır. Elə məhz buna görə də Uca Allahı razı salacaq əməl edərək o gün üçün hazırlaşmaq lazımdır.