Qiyamətin qorxulu və dəhşətli anlarını gözlərinizlə görəcəyiniz gün, körpəsini əmizdirən hər bir qadın əmizdirdiyini unudacaq, qorxunun şiddətindən hər bir hamilə qadın bətnindəkini vaxtından əvvəl salacaqdır. O günün qorxusundan ağıllarının getdiyi üçün sanki sən insanları sərxoş görəcəksən, halbuki onlar heç də şərab içdikləri üçün sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir. Elə bu əzabın şiddəti ağıllarını başlarından almışdır.