Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Hajj — Ayah 46

أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَتَكُونَ لَهُمۡ قُلُوبٞ يَعۡقِلُونَ بِهَآ أَوۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۖ فَإِنَّهَا لَا تَعۡمَى ٱلۡأَبۡصَٰرُ وَلَٰكِن تَعۡمَى ٱلۡقُلُوبُ ٱلَّتِي فِي ٱلصُّدُورِ ٤٦
Məgər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan sayan kimsələr, həlak edilmiş məmləkətlərin əlamətlərinə öz gözləri ilə şahid olmaq üçün yer üzündə gəzib dolaşaraq onların başına gələnlərdən düşünüb ibrət almazlarmı?! Həqiqi kor, heç də gözləri kor olan kimsə deyildir. Əksinə, həqiqi kor, insanı həlaka sürükləyən, qəlblərdə olan bəsirət gözünün kor olmasıdır. Belə olan bir kimsə nə nəsihət qəbul edər, nə də ki, öyüd-nəsihətdən ibrət alar.