Ey Peyğəmbər! Qövmündən kafir olanlar səndən, qorxudulduqları əzabın dünyada və axirətdə özlərinə tez bir zamanda gəlməsini istəyirlər. Uca Allah onlara verdiyi vədindən əsla geri dönməz. Kafirlərə bu dünyada verilən əzabın bir növü də, Bədr günü onların başına gələn müsibətdir. Axirətin bir günü içərisindəki dəhşətli əzabdan dolayı, dünyada hesabladığınız vaxtın min ili kimidir!