Küfr əməllərindən dolayı özlərinə zülm edərək zalım olan neçə-neçə məmləkət əhlinə, etdikləri günahlarda davam etsinlər deyə və onları gəfildən əzabımızla yaxalamağımız üçün onlara həmən əzab göndərməyib bir az möhlət verdim, sonra da onları gözləmədikləri bir halda dəhşətli əzabla yaxaladım. Qiyamət günü onların dönüşü yalnız Mənədir! Mən onları dünyada ikən etdikləri küfrlərə görə əbədi bir əzabla cəzalandıracağam.