Ey Peyğəmbər! Səndən öncə göndərilən hər bir elçi və hər bir peyğəmbər Allahın kitabından oxumaq istədiyi zaman, şeytan insanları çaşdırmaq üçün onun oxuduğuna gizlicə vəsvəsə vermişdir. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarmış və Öz ayələrini şeytanın müdaxilə edərək dəyişməsindən sabit saxlamışdır. Allah hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz. O, yaratmaq, hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir.