Uca Allah, şeytanın peyğəmbərə vəsvəsə edərək ona gizli təlqin etməsini, yalnız münafiqləri və qəlbləri daşlaşmış müşrikləri sınağa çəkmək üçün edər. Həqiqətən, münafiqlər və müşriklər Allaha və Onun elçisinə qarşı düşmənçilik bəsləyən, haqqdan və doğru yoldan aşıq-aydın uzaq olan kimsələrdir.