Uca Allah, mələklər və insanlardan olan elçilərini yaratmazdan öncə və onlar vəfat etdikdən sonra onların hansı halda olduqlarını yaxşı bilir. Qiyamət günü bütün işlər nəticə etibarilə Allaha dönəcəkdir. Məhz o gün Uca Allah, bütün qullarını yenidən dirildib, dünya da ikən etdikləri əməllərin əvəzini onlara verəcəkdir!