Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edənlər! Namaz qıldıqda, Uca Allahın rizasını diləyərək yalnız Onun üçün rüku və səcdə edin. Sədəqə vermək, qohumluq əlaqələrini birləşdirmək və s. bu kimi yaxşı işlər görün ki, bəlkə mətləbinizə yetişib, qorxduğunuz şeydən canınızı qurtarasınız!