Allahın rizasını umaraq Allah yolunda ixlasla cihad edin. O, bu din üçün məhz sizi seçdi və dininizi də çətinlik və məşəqqət olmayan rahat bir din etdi. Sizin bu dininiz, atanız İbrahimin - aleyhissəlam - dinindir. Peyğəmbər təbliğ etməklə sorumlu olduğu şeyləri sizə təbliğ edərək sizin üzərinizdə şahid olması və sizində keçmiş ümmətlərə peyğəmbərlərinin onlara təbliğ etdiyinə şahid olmanız üçün uca Allah keçmiş kitablarda və Quranda sizi müsəlman adlandırmışdır. Elə isə namazı kamil şəkildə əda edərək, mallarınızın zəkatını verərək, Allaha pənah apararaq və bütün işlərinizdə Ona arxalanaraq Allaha şükür edin. Uca Allah möminlərdən Özünə dost tutanlar üçün nə gözəl himayədar və Ondan yardım diləyənlər üçün nə gözəl yardımçıdır. Onu özünüzə dost edin ki, O sizin dostunuz olsun. Ondan yardım diləyin ki, O sizə yardım etsin!