Biz Nuhu öz tayfasına, onları Allaha dəvət etməsi üçün peyğəmbər göndərdik. Nuh öz tayfasına belə dedi: "Ey camaatım! Yalnız tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadət edəcək haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"