Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 39

وَٱلَّذِينَ كَفَرُوٓاْ أَعۡمَٰلُهُمۡ كَسَرَابِۭ بِقِيعَةٖ يَحۡسَبُهُ ٱلظَّمۡـَٔانُ مَآءً حَتَّىٰٓ إِذَا جَآءَهُۥ لَمۡ يَجِدۡهُ شَيۡـٔٗا وَوَجَدَ ٱللَّهَ عِندَهُۥ فَوَفَّىٰهُ حِسَابَهُۥۗ وَٱللَّهُ سَرِيعُ ٱلۡحِسَابِ ٣٩
Allaha iman etməyib kafir olanların etdikləri əməllərin heç bir savabı yoxdur. Bunun misalı, susamış bir kimsənin səhrada qızmar günəş altında nə isə görüb onu su zənn etdiyi ilğı­ma bənzəyir ki, su­sa­mış kim­sə onu su hesab edərək ona tərəf tələsərək gedər sonda ona yetişdikdə isə orada su olmadığını görən bir kimsənin misalına bənzər. Bax, kafir kimsə də belədir. O, əməllərinin özünə fayda verəcəyini zənn edər hətta ölüb yenidən dirildikdə isə əməllərinin savabı olmadığını və öz qarşısında Rəbbini və Rəbbi də ona əməllərinin hesabını kamil bir şəkildə verdiyini görər. Allah tez haqq-hesab çəkəndir.