Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 40

أَوۡ كَظُلُمَٰتٖ فِي بَحۡرٖ لُّجِّيّٖ يَغۡشَىٰهُ مَوۡجٞ مِّن فَوۡقِهِۦ مَوۡجٞ مِّن فَوۡقِهِۦ سَحَابٞۚ ظُلُمَٰتُۢ بَعۡضُهَا فَوۡقَ بَعۡضٍ إِذَآ أَخۡرَجَ يَدَهُۥ لَمۡ يَكَدۡ يَرَىٰهَاۗ وَمَن لَّمۡ يَجۡعَلِ ٱللَّهُ لَهُۥ نُورٗا فَمَا لَهُۥ مِن نُّورٍ ٤٠
Yaxud onların əməlləri dərin bir də­nizdəki qaranlıqlar kimidir. O qaranlıqların üstünü bir dal­ğa, o dalğanın üs­tün­dən də başqa bir dal­ğa örtər, onun da üs­tündə özünə yolu göstərmək də kömək edən ulduzları örtən bir bu­lud var­dır. Bunlar bir-biri­nin üstündə olan qa­ran­lıqlardır! Belə bir qaranlığa düşən kimsə əlini uzatsa, qaranlığın şiddətindən dolayı az qala əlinin harada olduğunu görməz. Bax, kafir kimsənin misalı da belədir. Çünki cəhalət, şəkk-şübhə, çaşqınlıq və qəlbinin möhürlənməsi qaranlıqları onun üzərinə üst-üstə yığılmışdır. Allah kimi zəlalətdən hidayətə yönəldərək və kitabından ona elm verərək ruziləndirməzsə, onu hidayət yoluna yönəldən və ona doğru yolu göstərən bir kitab verən olmaz.