Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 41

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلطَّيۡرُ صَٰٓفَّٰتٖۖ كُلّٞ قَدۡ عَلِمَ صَلَاتَهُۥ وَتَسۡبِيحَهُۥۗ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ ٤١
Ey Peyğəmbər! Məgər göylərdə və yer­də olan­ bütün məxluqatların, havada cərgə-cərgə qanad açıb uçan quşların Allahın şəninə həmd-səlar, tərif­lər dediklə­rini bilmirsənmi? Uca Allah hər bir məxluqun nə etdiyin bilir. O, yaratdığı insanın namazını və quşların Onun şəninə həmd-səlar deməsini çox yaxşı bilir. Allah onların nə etdik­lərindən xəbərdardır. Onların əməllərindən Uca Allaha heç bir şey gizli qalmaz.