Bacarmadığları üçün Allah yolunda cihad kimi bəzi öhdəlikləri yerinə yetirə bilməyən kor kimsəyə, çolağa, bir də xəstəyə günah gəlməz. Ey Möminlər! Eyni şəkildə evlərinizdə və ya övladlarınızın evlərində yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud bağ-bağçanın qorunması sizə həvalə edilən evlərdə, yaxud könül xoşluğu ilə dostlarınızın evlərində yemək yeməkdə sizə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Yuxarıda sadalanan evlərə və ya başqa evlərə daxil olduğunuz zaman ev sakinlərinə: "Əssəlamu aleykum" - deyərək salam verin. Əgər daxil olduğunuz evlərdə heç kimsə olmazsa bu zaman: "Əssəlamu aleynə va alə ibədilləhis-salihin" - deyərək özünüzə salam verin. Bu salam, aranızda bir-birinizə qarşı sevği və mehriban münasibət yaydığı və bu salamı eşidənində könlü xoş olduğu üçün Allah yanında sizin üçün sevib seçilən, mübarək bir salamdır. Uca Allah bu surədə salamı sizə izah etdiyi kimi diğər ayələrinidə açıq-aydın bir şəkildə izah edər ki, bəlkə, başa düşüb əməl edəsiniz.